ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 273 nəfər qeydiyyatdan keçib

Bakı, 9 oktyabr, AZƏRTAC 

Dövlət qulluğu vəzifələri üzrə (B növü) oktyabrın 28-də keçiriləcək test imtahanında iştirak üçün onlayn qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 15:00-a olan məlumata əsasən, ümumilikdə 273 nəfər (BA - 66, BB - 207) qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyat oktyabrın 18-də başa çatacaq. İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.