ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə test imtahanını müvəffəqiyyətlə verən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb
Bakı, 19 avqust, AZƏRTAC
Dövlət qulluğu üzrə test imtahanını müvəffəqiyyətlə verən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, DİM tərəfindən aprelin 10-da dövlət qulluğunun B (inzibati icraçı) və mayın 15-də dövlət qulluğunun A (inzibati-rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.