ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir

Bakı, 30 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, A növünə aid olan imtahan kompüter, B növünə aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.