ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə ümumi müsahibə başlayıb

Bakı, 14 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə başlayıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, namizədlərlə müsahibələr fevralın 22-dək aparılacaq. Ümumi müsahibədə iştirak etmək üçün 89 nəfərin müraciəti qeydə alınıb.

Xatırladaq ki, müsahibəyə 40 vakant vəzifə çıxarılıb. DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.