ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə ümumi müsahibəyə sənəd qəbulu davam edir

Bakı, 5 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı davam edir. Ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, yanvarın 5-nə olan məlumata əsasən, 7 nəfər qeydiyyatdan keçib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-dək saat 18.00-a qədər DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.