ELM VƏ TƏHSİL


Dövlət qulluğu vəzifələri üzrə müsahibənin keçirilmə qaydaları mövzusunda təlim təşkil edilib

Bakı, 24 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Elnur Abbasov və Xədicə Əzimova tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları və müsahibələrə müstəqil ekspert qismində cəlb olunacaq nümayəndələr iştirak ediblər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılara müsahibə üçün xarakterik xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, komissiyanın tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsi, sual və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsi barədə danışılıb. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.