ELM VƏ TƏHSİL


Dövlət qulluğu vəzifələri üzrə test imtahanına qeydiyyat davam edir: 909 nəfər qeydiyyatdan keçib

Bakı, 1 oktyabr, AZƏRTAC

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 10:05-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 909 (BA - 227, BB - 681) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.