ELM VƏ TƏHSİL
Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün 27 nəfər qeydiyyatdan keçib
Bakı, 17 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünün (inzibati rəhbər vəzifələr) AA, AB və AC qruplarına uyğun gələn vəzifələr üzrə yanvarın 27-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 17-nə olan məlumata görə, 27 nəfər qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
Xatırladaq ki, qeydiyyat yanvarın 25-i saat 17-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]