ELM VƏ TƏHSİL
“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub
Bakı, 1 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən avqustun 1-də “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə Sabunçu Rayon Məhkəməsinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, “Bank of Baku”nun, “Aztelekom” MMC-nin nümayəndələri, 15 və 18 saylı vəkil bürolarının üzvləri iştirak ediblər.
Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, müsahibə nəticəsindən apellyasiya şikayətlərinə baxılması qaydası barədə təqdimatlar olub.
Sonda iştirakçıların sualları cavablandırılıb.