ELM VƏ TƏHSİL
“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər. İştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib, müsahibə prosesi zamanı baş verməsi mümkün olan bəzi fövqəladə hallarda hansı addımların atılmasının məqsədyönlü olacağı məsələləri müzakirə edilib. Həmçinin təlim iştirakçılarına dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibə nəticəsindən apelyasiya şikayətlərinə baxılması qaydası barədə təqdimat olub.
Sonda iştirakçıların sualları cavablandırılıb.