ELM VƏ TƏHSİL


Dövlət qulluğu vəzifələrinin tutulmasına dair müsahibəyə 42 iş yeri çıxarılıb

Bakı, 17 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ümumi müsahibəyə sənəd qəbulu zamanı 55 namizəd qeydə alınıb.

Qeyd edək ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri Mədəniyyət və Turizm Nazirliyi (1 vəzifə üzrə 1 yer), Kənd Təsərrüfatı Nazirliyi (1 vəzifə üzrə 1 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (12 vəzifə üzrə 15 yer), Dövlət Statistika Komitəsi (12 vəzifə üzrə 12 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (8 vəzifə üzrə 9 yer), Gəncə Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer), Sumqayıt Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer), Cəbrayıl Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer) və Gəncə Şəhər Nizami Rayon Məhkəməsindədir (1 vəzifə üzrə 1 yer). Belə ki, ümumi müsahibəyə 9 dövlət orqanından 42 vakansiya çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.