ELM VƏ TƏHSİL


Dövlət qulluğuna müsabiqə elanları üzrə onlayn müsahibədə iştirak edənlərin nəzərinə

Bakı, 5 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 13-dən etibarən 18 mart 2020-ci il tarixindən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb və Mərkəzin internet portalında dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki yerləşdirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qrafikdə müsahibələrin keçirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib. Bu səbəbdən namizədlərə Mərkəzin internet portalında “Müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki” bölməsini mütəmadi izləmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.