ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlər 37 rayon və şəhəri əhatə edir

Bakı, 6 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də keçirdiyi inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlər haqqında statistik göstəriciləri açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyat ünvanlarına görə statistikaya əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər 37 müxtəlif rayon və şəhəri əhatə edir. Qeydiyyatdan keçənlərin çoxu (52 nəfər) Bakı sakinləridir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün ümumilikdə 97 nəfər namizəd (67 nəfər kişi, 30 nəfər qadın) qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.