ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək
Bakı, 21 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə avqustun 30-da təşkil ediləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat avqustun 30-da saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.