ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanları keçiriləcək

Bakı, 15 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları təşkil ediləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə mayın 22-də və 31-də keçiriləcək. İmtahan mayın 22-də saat 10:00-da, 31-də isə saat 14:30-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. Sınaq imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq mayın 22-də saat 09:00-da və mayın 31-də saat 13:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.