ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olunmaq istəyənlər test imtahanı verəcəklər
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakıda keçiriləcək imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və üç saat davam edəcək.
İmtahanda iştirak üçün BA qrupu üzrə 329, BB qrupu üzrə 1047, ümumilikdə isə 1376 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Onlara buraxılış vərəqəsi ilə yanaşı, “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Kitabçada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Həmin sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda namizəd imtahana buraxılmayacaq. Həmçinin imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib ediləcək və onlar binadan uzaqlaşdırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]