Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsində müsbət nəticələr əldə olunub YENİLƏNİB 2 VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə artıq 2 ildən çoxdur ki, Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirilib. Layihə çərçivəsində benefisiar qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Litva tərəfindən layihə tərəfdaşları isə Litva Respublikasının Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi olub.

Layihənin əsas məqsədi Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əməkhaqqı sistemi ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarının və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin mövcud alətləri təkmilləşdirməkdir.

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində Azərbaycan və Litvanın dövlət qurumlarından, o cümlədən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyindən bir sıra vəzifəli şəxslər çıxış ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında qeyd edib ki, layihə çərçivəsində litvalı həmkarlarımızla birgə bir çox yerli təşkilatlarla mühüm işlər görülüb, onlar üçün treninqlər keçirilib, vəzifələrin təsnifat sisteminin təkmilləşdirilməsi, dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsi, fəaliyyətin qiymətləndirilməsi, əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə təkliflər irəli sürülüb və kifayət qədər müsbət nəticələr əldə edilib. Sədr bildirib ki, bu layihə çərçivəsində bir çox praktik nəticələr də əldə edilib. Məsələn, xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində təqdim olunan yeni yanaşmalar çox müsbət qarşılanıb. Həmçinin layihənin hər bir komponenti üzrə ekspertlər tərəfindən zəruri tövsiyələr verilib və gələcək üstünlüklər barədə geniş izahat işləri aparılıb. Sahənin hərəkətverici qüvvəsi hesab olunan bir komponent – mükafatlandırma sistemi ilə bağlı 14 ekspert missiyası və 1 təlim səfəri baş tutub. Mükafatlandırma sistemi haqqında qanun layihəsinin işlənib hazırlanması ilə bağlı müqayisəli araşdırmalar və müxtəlif hesablamaların dəqiq təhlili aparılıb və hazırda bu qanun artıq qəbul olunmaq mərhələsindədir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas çıxış edərək layihə çərçivəsində həyata keçirilən tədbirləri və aparılan islahatları müsbət qiymətləndirib. Diqqətə çatdırıb ki, Avropa İttifaqı bu sahədə fəaliyyətə və həyata keçirilən islahatlara dəstək göstərməyə daim hazırdır.

Tədbirdə, həmçinin Litvanın ölkəmizdəki səfiri Valdas Lastauskas, Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov çıxış ediblər.

Çıxışlarda hazırda publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin əslində tələbə qəbulundan başlamış dövlət qulluğu sahəsində imtahanların keçirilməsinədək uzun illərdir şəffaf fəaliyyət göstərdiyi vurğulanıb.

Tədbir təqdimatlarla davam edib.

Litva tərəfindən layihə rəhbəri Alminas Maciulis layihə çərçivəsində həyata keçirilən təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2018-ci ilin noyabrında qəbul edilməsi dövlət qulluğunun daha da inkişafı baxımından olduqca əhəmiyyətli hadisədir. O, gələcəkdə də Litvanın Azərbaycanla sıx əlaqələr qurmağa hazır olduğunu və 2019-cu ildə Azərbaycan-Litva diplomatik əlaqələrinin 100 illiyinin qeyd olunacağını vurğulayıb.

Layihənin Azərbaycandakı Rezident Tvinninq müşaviri Edvardas Jukauskas iki il ərzində əldə edilən nəticələrdən danışıb. Bildirib ki, layihə 4 əsas istiqamətdə fəaliyyət göstərib: dövlət qulluğu vəzifələrinin məzmun yönümlü qruplaşdırılması, dövlət qulluğuna işə qəbulda yeni seçim metodlarının təklifi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və əməkhaqqı sistemi üzrə təkliflər. Qeyd edib ki, bu istiqamətləri əlaqələndirə biləcək universal həll yolu kompetensiyaya əsaslanan İnsan Resurslarının İdarəetmə (İRİ) modelinin tətbiqidir və artıq bu ideya “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da öz əksini tapıb.

Dövlət qulluğu vəzifələrinin yeni təsnifatı ilə bağlı həyata keçirilən işlər barədə danışan Edvardas Jukauskas oxşar vəzifələr üçün tələb olunan bilik və bacarıqların ümumiləşdirilməsi və dövlət səviyyəsində İRİ-ni asanlaşdırmağa yardım edən standart vəzifə profillərinin və bilik, bacarıqlar sisteminin yaradıldığını qeyd edib. Layihənin ikinci komponenti olan dövlət qulluğuna qəbul prosesinin təkmilləşdirilməsi ilə bağlı o, təklif olunan əsas ideyanın seçim prosesində namizədin biliyinin yoxlanılması dərəcəsinin azaldılaraq, daha çox onların bilik və bacarıqlarının, potensialının yoxlanılmasına diqqət yönəldilməsi olduğunu vurğulayıb.

Son olaraq Rezident Tvinninq Müşaviri təklif edilən yeni əməkhaqqı sistemində əsas ideyalardan biri kimi əməkhaqqı strukturunun hər bir komponentinin çox dəqiq məqsədinin olması və görülən işin keyfiyyətindən asılı olaraq əməkhaqqı sistemində horizontal ödənişlərin artırılması imkanının verilməsindən danışıb. Vurğulayıb ki, dövlət qulluqçularının əməkhaqqı barədə hazırlanan qanun layihəsi müvafiq orqanlara rəy verilməsi üçün artıq təqdim olunub və layihənin təkcə son bir neçə ayı ərzində bu qanun layihəsi üzərində işlədiyimizə baxmayaraq, biz çox məmnunuq ki, layihənin sonuncu komponenti üzrə daha böyük nailiyyət əldə olunub.

Edvardas Jukauskas, həmçinin layihə müddətində keçirilən görüşlər, seminarlar, təlim səfərlərinin həm Dövlət İmtahan Mərkəzi, həm də dövlət orqanlarının müvafiq əməkdaşlarının Aİ ölkələrində mövcud olan müasir İRİ həlləri ilə tanışlığı baxımından önəmli olduğunu vurğulayıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsində müsbət nəticələr əldə olunub YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb