ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqə üzrə müsahibədə 82 nəfər uğur qazanıb

Bakı, 30 iyul, AZƏRTAC

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in iyulun 30-u saat 14:05-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 82 nəfər uğur qazanıb. Onlardan 20-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Kənd Təsərrüfatı Nazirliyində, 14-ü Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.