ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul üzrə keçiriləcək sınaq imtahanlarına qeydiyyat davam edir

Bakı, 6 oktyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək növbəti sınaq imtahanlarına qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gün saat 17:00-a olan məlumata əsasən, oktyabrın 10-da və 20-də keçiriləcək sınaq imtahanlarında iştirak etmək üçün ümumilikdə 12 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq. İmtahanlar saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq oktyabrın 10-da və 20-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.