ELM VƏ TƏHSİL


“Dövlət qulluğunda problemlər, çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans təşkil edilib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir. Bu münasibətlə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 21-də “Zoom” platforması vasitəsilə dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə onlayn konfrans təşkil edilib. Konfransda, dövlət orqanlarının tabeliyində olan təlim-tədris mərkəzlərinin nümayəndələri də iştirak ediblər.

Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov konfransı giriş nitqi ilə açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. B.Xəlilov dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğunda mövcud problemlər və həlli yolları, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və onların nəticələrindən söz açıb.

Konfransda DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn “Dövlət qulluğunda səriştə modelinin tətbiqinə dair Pilot Layihə” adlı təqdimat edib və layihənin icra vəziyyəti barədə danışıb.

Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğunda qanunvericiliyin təkmilləşdirilməsi və təlimlərin idarəedilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğu qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və hazırlanan layihələr, dövlət qulluğunda təlimlərin təşkili və idarə edilməsi barədə tədbir iştirakçılarına məlumat verilib.

Həmçinin Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun müdiri Rüfət Ağayev “Dövlət qulluğunda ehtiyat kadrlarla iş” mövzusunda təqdimat edib. Eyni zamanda, dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin artırılması məqsədilə “Ehtiyat kadrların elektron sorğu sistemi” barədə məlumat verilib. Sistem ehtiyat kadrlara şəxsi kabinetinə daxil olmaqla anket məlumatlarının doğruluğunu yoxlamaq, düzəliş və əlavələr etmək, habelə dövlət orqanlarına ehtiyat kadrların məlumatlarını elektron qaydada əldə etmək imkanı yaradır.

Konfransın sonunda dövlət qulluğuna dair aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.