REGİONLAR


Dövlət qulluqçuları üçün seminarlar keçirilir

Naxçıvan, 21 fevral, AZƏRTAC

Muxtar respublikanın Ordubad və Culfa rayonlarında “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında maarifləndirici seminarlar təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edib. Bildirilib ki, dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Sonra Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” ilə bağlı çıxışında mövzunu slaydlar vasitəsilə izah edib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, Kəngərli və Şahbuz rayonlarında da dövlət qulluqçuları üçün seminarlar təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.