ELM VƏ TƏHSİL


Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibəyə 431 vakant vəzifə çıxarılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Dövlət qulluğuna qəbul üzrə avqustun 5-də elan edilmiş müsabiqənin müsahibə və ümumi müsahibə mərhələsinə 47 dövlət orqanı 431 vakant vəzifə çıxarıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1360 namizədlə 5177 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsahibələrin 2020-ci il oktyabrın 1-dən 2021-ci il yanvarın 29-dək keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.