REGİONLAR


“Dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda növbəti seminar təşkil olunub

Naxçıvan, 13 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”a uyğun olaraq dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində bu istiqamətdə növbəti seminar təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəzin sədr müavini Ümid Qurbanov çıxış edərək seminarın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu gün dövlət qurumlarında müasir texnologiyaların tətbiqi və onlardan istifadə geniş vüsət alıb. Yeni texnologiyalardan, internet resurslarından istifadə informasiya təhlükəsizliyinin təmin olunması və informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadəni təmin etmənin zəruriliyini də ortaya qoyur. Keçirilən tədbir dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən potensial təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin müəyyən olunması məqsədi daşıyır.

Sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı İnci Şirzadova slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib. Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Seminarda dövlət orqanlarının informasiya texnologiyaları və təhlükəsizliyi sahəsinə cavabdeh olan 28 nümayəndəsi iştirak edib. Sonda dövlət qurumlarının əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.