İQTİSADİYYAT
Dövlət reyestrində 1484 ədəd əmtəə nişanı qeydiyyata alınıb
Bakı, 17 yanvar, AZƏRTAC
2016-cı il ərzində dövlət reyestrində 1484 ədəd əmtəə nişanı qeydiyyata alınıb ki, onlardan 767-si milli, 717-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 1 şəhadətnamə milli hüquqi şəxs adına qeydiyyata alınıb.
Bundan başqa, sənaye mülkiyyəti obyektləri üzrə 125 ədəd müqavilə qeydiyyata alınıb. Onlardan 103 ədədi əmtəə nişanları, 1 ədədi ixtira üzrə hüquqların, 21 ədədi isə əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]