CƏMİYYƏT


“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib

Bakı, 3 dekabr, AZƏRTAC

Milli Məclis “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə görə, Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Dəyişikliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Digər dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bir sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.

Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;

3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;

4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.