Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523; 2019, № 7, maddə 1208, № 8, maddə 1372; Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1649-VQD nömrəli Qanunu) 36.9-cu maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin