İQTİSADİYYAT


Dövlət satınalmaları sahəsində aparılan islahatlar müzakirələr edilib

Bakı, 13 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən “Əmtəə bazarlarının səmərəliyi və rəqabət işçi qrupu” ilə birlikdə dövlət satınalmaları sahəsində aparılan islahatlara dair müzakirələr aparılıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat tədbirləri haqqında ətraflı məlumatlar verib. Daha sonra müzakirələr əsasən dövlət satınalmalarını tənzimləyən qurumların prosesə inteqrasiyası, texniki həllər və kommunikasiya sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları barədə olub.

Xatırladaq ki, dövlət satınalmaları prosesinin elektron qaydada həyata keçirilməsi üçün vahid internet portalı yaradılıb, həmçinin satınalan təşkilatların tenderdə iştirak prosedurları sadələşdirilib və müraciətlərə baxış günləri minimuma endirilib. Bununla da Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət satınalmaları sahəsində aparılan islahatlar, həmçinin “Dövlət satınalmaları haqqında” qanunun qüvvəyə minməsi ilə Azərbaycanda dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydaları müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.