İQTİSADİYYAT


Dövlət satınalmalarında iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin nəzərinə!

Bakı, 24 may, AZƏRTAC

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarının 4-cü hissəsinə əsasən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Dövlət Statistika Komitəsi tərəfindən təşkil edildiyi üçün dövlət satınalmalarında iştirak etmək istəyən sahibkarlıq subyektləri aid olduqları kateqoriyaya dair məlumat (arayış) almaq məqsədilə Komitəyə rəsmi qaydada müraciət edirlər.

Komitədən AZƏRTAC-a bildirilib ki, 2022-ci ildən etibarən həmin arayışın təqdim edilməsi prosesinin avtomatlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən “Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi” elektron xidməti yaradılaraq Komitənin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsində yerləşdirilib. Sözügedən elektron xidmətdən istifadə etməklə müvafiq arayışı dərhal əldə edə bilərsiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.