CƏMİYYƏT


Dövlət sərhədini pozmağa cəhd göstərən üç Banqladeş vətəndaşı və onlara vasitəçilik edən şəxs saxlanılıb

Bakı, 3 noyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən üç nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonunun Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu Xidmətin əməkdaşları tərəfindən saxlanılıblar.

R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edib. O, hadisədən bir neçə gün əvvəl Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonundakı otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran ərazisinə keçirməyə cəhd göstərdiyini bildirib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.