İQTİSADİYYAT


Dövlət təltifləri energetiklərə təqdim olunub

Bakı, 28 iyul, AZƏRTAC

Energetika Nazirliyinin dövlət təltiflərinə layiq görülən əməkdaşlarına mükafatlar təqdim olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazov təltif olunmuş əməkdaşların dövlət qulluğunda səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb.

Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə Energetika Nazirliyinin əməkdaşları Ələsgər Həsənov və İlhamə Rüstəmova “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.