İQTİSADİYYAT


Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub

Bakı, 1 noyabr, AZƏRTAC

Energetika Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2018-ci il 19 oktyabr tarixli Sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.

Sonra nazir Energetika Nazirliyinin təltif olunan əməkdaşları - Xalidə Məsimova və İbrahim Ağayevi təbrik edərək, medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.