Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub YENİLƏNİB

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Ceyhun Bayramov Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.

Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqət göstərdiyini xatırladıb, müəllimlərə dövlət qayğısının göstərilməsi istiqamətində görülən işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir deyib ki, son illərdə Təhsil Nazirliyinin fəaliyyətində müəllimlərlə bağlı siyasət prioritet sahəyə çevrilib. Ən ciddi uğurlar da məhz müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində əldə edilib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə inkişafı diqqətə çatdıran nazir bildirib ki, qarşıda duran ən vacib vəzifələr təhsilin hər bir vətəndaş üçün əlçatanlığının təmin edilməsi, keyfiyyət göstəricilərinin yüksək və rəqabətli olması, eyni zamanda, təhsil vasitəsilə dəyərlər sisteminin formalaşdırılmasıdır. Bununla əlaqədar hər bir müəllim, təhsil işçisi qeyd edilən məsələləri əsas fəaliyyət istiqamətləri kimi nəzərə almalı və təmin etməlidir.

Ötən il təhsil sahəsində aparılan islahatların böyük bir mərhələsinə yekun vurulduğunu deyən nazir bildirib ki, diaqnostik qiymətləndirmə tamamlanıb, əməkhaqqı islahatının birinci mərhələsi başa çatdırılıb. Artıq müəllimlərin əməyinin stimullaşdırılması davamlı və silsilə xarakter daşıyır. Bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sentyabrın 1-dən müəllimlərin əməkhaqları növbəti dəfə artırılıb. Nəticədə Azərbaycan məktəblərində, ümumtəhsil sistemində müəllimlərin orta əməkhaqqı 600 manata çatıb, 1000 manatdan artıq əməkhaqqı alan müəllimlərin sayı isə 5 min nəfəri ötüb və bu sahədə islahatlar davam etdiriləcək.

Nazir qeyd edib ki, cəmiyyətdə müəllim peşəsinin nüfuzu artır. Cari ildə müəllimlərin işə qəbulu zamanı bu ixtisasa yiyələnmək istəyənlərin sayı 55 minə yaxın olub. Yüksək rəqabətli şəraitdə keçən bir necə mərhələli imtahanlar nəticəsində 8 minə yaxın insan uğur qazanıb və məktəblərdə fəaliyyətə başlayıb. Bu il ərzində əlavə yerləşmələr də həyata keçiriləcək. Sevindirici haldır ki, gənclər arasında müəllimlik peşəsinə gələnlərin sayı xeyli artıb. Bu ilin statistikasına görə, 500 baldan artıq nəticə göstərən hər 4 məzunun biri ixtisas seçimində birinci müəllimlik peşəsini seçir. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə yüksək nəticədir.

Təhsil Nazirliyi tərəfindən müəllimlərin potensialının hərtərəfli inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan Ceyhun Bayramov məlumat verib ki, 2017-ci ildən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir və hər il dövlət büdcəsindən bu istiqamətdə 1 milyon manat vəsait ayrılır. Bundan məqsəd odur ki, xüsusi layihələri ilə seçilən müəllimlər və məktəblər öz yeniliklərini təhsil sistemində tətbiq etsinlər. Bu müddət ərzində 124 məktəb və 324 müəllimin layihələri təsdiqlənib.

Azərbaycan müəllimlərin 15-ci qurultayında “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası”nın yaradılması barədə qərar qəbul edildiyini xatırladan nazir ötən müddət ərzində bu istiqamətdə xeyli sistemli iş görüldüyünü diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov qeyd edib ki, təhsil sistemində, məktəblərin maddi texniki bazasının müasirləşdirilməsi istiqamətində ötən dövrdə işlər davam etdirilib. Son 15 ildə 3 min 200-dən çox, son 5 ildə 600-dən artıq, bu il isə 84 yeni məktəb binası inşa edilib və əsaslı təmir olunub.

Təhsil sistemində yeniliklərdən danışan nazir bildirib ki, bu tədris ilində buraxılış və qəbul imtahanları ilk dəfə olaraq yeni formata uyğun həyata keçirilib, 400-dək ümumtəhsil məktəbləri üçün yeni dərsliklər hazırlanıb və istifadəyə verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.

Sonra təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 3 oktyabr tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 126 nəfər “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: “Molla Nəsrəddin güldürür və düşündürür”

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb