İQTİSADİYYAT


Dövlət uzunmüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0110002927 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 79.0862 AZN (12 faiz) və 101.7395 AZN (7.1795 faiz) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.8418 AZN (8.0999 faiz), orta ölçülmüş qiyməti 100.9168 AZN (7.3302 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 milyon 266 min manat, yerləşdirilmiş həcmi isə 9 milyon 908 min 100 manat təşkil edib. İstiqrazlar 2028-ci il sentyabrın 12-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 22-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.