İQTİSADİYYAT


Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün müsabiqə elan edilib

Bakı, 7 yanvar, AZƏRTAC 

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün müsabiqə elan edib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbuluna elektron ərizə vasitəsilə yanvarın 14-də başlanılacaq və davamlı olaraq həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.azwww.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.