ELM VƏ TƏHSİL


Dövlət vergi orqanlarında işləmək istəyənlərdən 139-u imtahanın müsahibə mərhələsinə buraxılıb

Bakı, 26 may, AZƏRTAC

Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2018-ci il mayın 26-da vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan bütün binalarda saat 11:00-da başlanıb və üç saat ərzində aparılıb.

İmtahanın nəticələri elə həmin gün saat 17:00-dan etibarən DİM-in internet saytında elan olunub.

İmtahanda iştirak üçün 1521 namizəd qeydiyyatdan keçib. Onlardan 504-ü imtahana gəlməyib. İmtahanda iştirak edən 1017 namizəddən üçü xaric edilib, 139 namizəd müsabiqə şərtini ödəyib – 70 və daha yüksək bal toplayıb ikinci mərhələyə - müsahibəyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.