İQTİSADİYYAT


Dövlət vergi xidməti: Bəyannamələr vaxtında təqdim edilməlidir

Bakı, 10 avqust, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı məlumat yayıb.

AZƏRTAC DVX-nə istinadla xəbər verir ki, cari ilin iyul ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri avqustun 2-dən gec olmayaraq təqdim olunmalıdır.

Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda, vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.