Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dövlətçilik tariximizin parlaq səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti

Dövlətçilik tariximizin parlaq səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti

Bakı, 28 may, AZƏRTAC

Hər bir dövlətin tarixində parlaq səhifələr vardır. O səhifələr ki, dövlət tarixi orada qızıl hərflərlə həkk olunur. Azərbaycan tarixində də belə şanlı hadisələr mövcuddur. Bu tarixi hadisələrdən biri, bəlkə də birincisi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. 1918-ci il mayın 28-də elan olunmuş cümhuriyyət bu gün qürurla öyündüyümüz, fəxarət hissi duyduğumuz müstəqil Azərbaycan Respublikasının hüquqi əsasını təşkil etdi. Konstitusiyada da əks olunduğu kimi, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Bu fikirlər Milli Məclisin deputatı İltizam Yusifovun “Dövlətçilik tariximizin parlaq səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

104 il öncə Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul etməklə Şərqdə ilk demokratik ölkənin - Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoydu. Babalarımızın qurduğu Cümhuriyyət müsəlman şərqində yaranmış ilk demokratik, hüquqi və dünyəvi dövlət, parlamentli respublikanın ilkin nümunəsi idi.

Bu, həm də Azərbaycan xalqının siyasi, mədəni, intellektual şüur səviyyəsinin dövlət yaratmaq gücündə olduğunu göstərdi, xalqımızın milli mənlik şüurunun formalaşmasında dönüş oldu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin şüurlarda buraxdığı iz, qığılcım heç zaman silinmədi.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin sədri Fətəli xan Xoyski mayın 30-da bütün dünya ölkələrinə teleqrafla Azərbaycanın müstəqillik xəbərini çatdırdı. Az sonra Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlandı. İyunun 26-da Azərbaycanın Milli Ordusu yaradıldı.

Xalq Cümhuriyyəti Qərbin müasir ideyaları ilə Şərq mədəniyyətini özündə birləşdirən unikal dövlət modeli idi. Bu mənada cümhuriyyətin parlamenti daha modern, dinamik, rəngarəng qanunvericilik orqanı kimi diqqət çəkməyə bilməzdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin rəsmi olaraq tanınması, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması, ərazi bütövlüyünün təmin edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və digər islahatların aparılmasında parlament çox aktiv rol oynayırdı. Dünya dövlətlərinin 10 illərlə həyata keçirə bilmədiyi islahatları Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ayda yarada bildi.

Azərbaycanın müstəqilliyi ilə barışmayan Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Cümhuriyyət 1920-ci il aprelin 27-də devrildi.

Bu müddət ərzində parlamentin 145 iclası keçirilmişdi. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdu. 270-dən yuxarı qanun layihəsi müzakirəyə çıxarılıb, onlardan isə 230-u qəbul edilmişdi.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini həyata keçirməklə hüquqi dövlət formalaşdırmağı nəzərdə tuturdu. 17 ay ərzində parlament daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həlli, ölkənin siyasi və ərazi toxunulmazlığının təmini, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmaq kimi istiqamətləri prioritet seçmişdi.

Xarici siyasətdə ilk addım olaraq Cümhuriyyətin yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.

Cənubi Qafqaz hökumətinin Türkiyə ilə münasibətlərdə əhəmiyyət kəsb edən Batumi danışıqları artıq müstəqil respublikaların xarici siyasətində mühüm mərhələ oldu.

Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi. Almaniya və Sovet Rusiyası arasında aparılan gizli danışıqlar nəticəsində Brest müqaviləsinə əlavə olaraq 1918-ci il avqustun 27-də saziş imzalandı.

1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu.

Aprelin 28-də işğal nəticəsində Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

Xalq Cümhuriyyətinin ən böyük səhvlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət müstəqilliyimiz elan ediləndən bir gün sonra bizim qədim şəhərimiz İrəvanı Ermənistana təhvil verməsi oldu. Bunu bütün dünya bilir. Əlbəttə, bu bağışlanılmaz səhv idi. Cümhuriyyət devriləndən sonra tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik idi. Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus olub.

Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz hər zaman hörmətlə anırıq. O qurucular ki, 1920-ci ildən sonra çox böyük təqiblərə məruz qaldılar, ölkəmizdən didərgin salındılar, qətlə yetirildilər. Erməni daşnakları Xalq Cümhuriyyətinin qurucularına qarşı terror həyata keçirdilər. Biz bütün bunları unutmamalıyıq.

Sevindirici haldır ki, artıq Cümhuriyyət varisi kimi dövlətimiz bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Fərəhli haldır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini, Azərbaycanın qüdrətinin daha da artdığını göstərir. Zəngəzur dəhlizi açılandan sonra bizim tarixi missiyamızın çox önəmli hissəsi həyata keçmiş olacaq.

Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucularına münasibətdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman yüksək fikirdə olublar. Cümhuriyyət qurucularının adlarının əbədiləşdirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib. Babalarımızın bizə yadigar qoyub getdiyi dövlətçilik ənənəsi, milli dəyərlər bu gün iqtidarda olan siyasi hakimiyyət və mövcud Milli Məclis tərəfindən böyük fəxarət hissi ilə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Sabah”a qalib gələrək yarımfinala yüksəlib

Peskov: “Krokus”dakı terror aktı ilə bağlı rəsmi versiya irəli sürülməyib

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Fransız müxalifətçinin məhkəməsinin vaxtı məlum olub

RF XİN: Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcəyini güman etmək sadəlövhlükdür