SİYASƏT


Dövlətimizin başçısı Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Mən bilirəm ki, Sizin çox yoğun iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Daha sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı deyib: “Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.