Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dövlətimizin başçısının son bir ildəki fəaliyyəti xalq-iqtidar, xalq-prezident birliyini daha da möhkəmləndirib

Dövlətimizin başçısının son bir ildəki fəaliyyəti xalq-iqtidar, xalq-prezident birliyini daha da möhkəmləndirib

Bakı, 11 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür. Bu bir il ölkə həyatında böyük inkişaf və əlamətdar hadisələrlə zəngin olub. Prezident İlham Əliyev seçkidən sonra qeyd etmişdi ki, ölkədə başlanan islahatlar daha da dərinləşəcək, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq. Həqiqətən Azərbaycan bu gün öz inkişafının yeni mərhələsini yaşayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, seçkidən əvvəlki dövrdə başlanmış iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun şaxələndirilməsi siyasəti daha da genişlənməkdədir. Yeni sənaye müəssisələrinin, istehsal və xidmət sahələrinin açılışları həyata keçirilir. Bununla yanaşı, ölkədə daha çevik, məqsədyönlü, istiqamətlənmiş və şəffaf idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır, struktur islahatlarının əhatə dairəsi genişlənir. Əhalini son üç ildə ən çox narahat edən fiziki şəxslərin problemli kreditlər məsələsi çox ədalətli və hamını məmnun ediləcək şəkildə həll olundu. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin vərəsələrinə 11000 manat vəsaitin ödənilməsi haqqında sərəncam imzalandı. Dövlətimizin başçısının sərəncamları ilə minimum əmək pensiyalarının, minimum əməkhaqqının, təqaüdlərin, sosial müavinətlərin, Prezident təqaüdlərinin məbləğləri artırıldı, yeni müavinətlər və təqaüdlər təsis olundu. Bu, onu deməyə imkan verir ki, ötən bir ildə sosial siyasət daha da dərinləşib, insanların rifahının yaxşılaşması istiqamətində daha böyük addımlar atılmağa başlanıb.

“Ümumiyyətlə, 2018-ci il, həm də cari ilin üç ayı çox uğurlu olub. 2019-cu ilin yola saldığımız üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun 3 faiz artması Prezidentin apardığı düşünülmüş iqtisadi siyasətin bəhrəsidir”, – deyən Azər Badamov qeyd edib ki, xüsusilə regionların sosial–iqtisadi inkişafı istiqamətində böyük layihələr icra olunur. Regionların sosial–iqtisadi inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar üç Dövlət Proqramı icra olunub, dördüncü proqramı isə bu ilin yanvarın 29-da təsdiqlənib. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. İcra olunan üç Dövlət Proqramı regionlara 70 milyard manatdan çox vəsaitin yönəldilməsinə imkan verib. Bu gün Azərbaycanın ucqar dağ kəndindən başlanmış şəhər mərkəzlərinə qədər elə bir yaşayış məntəqəsi yoxdur ki, orada hər hansı bir yenidənqurma işləri aparılmasın.

Deputat qeyd edib ki, artıq Azərbaycanda regionların sənayeləşməsi prosesi gedir. Neftçalada, Hacıqabulda, Masallıda, Sabirabadda sənaye məhəllələri istifadəyə verilib və ya verilməkdədir. Regionlarda yerləşən şəhərlərdə sənaye parkları, o cümlədən Mingəçevir Yüngül Sənaye Parkında iki istehsal müəssisəsi istifadəyə verilib. Gəncədə yeni sənaye müəssisələri fəaliyyətə başlayıb və dövlətimizin başçısının qeyd etdiyi kimi, sənaye məhəllələrinin tikilməsi bundan sonra da davam etdiriləcək. Kənd təsərrüfatının inkişafı istiqamətində də böyük layihələr icra olunur. Aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Regionlarda yeni emal sənayesi müəssisələri, anbarlar, logistik mərkəzlər açılır ki, bu da ölkədə kənd təsərrüfatı məsullarının itkisiz tədarükünə imkan verir.

Azər Badamov bildirib ki, Prezidentin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramında yeni hədəflər müəyyənləşdirilib və bu proqramın icrasına ilkin olaraq 17 milyard manat vəsait nəzərdə tutulub.

“Ümumiyyətlə, dövlətimizin başçısının son bir ildəki fəaliyyəti xalq-iqtidar, xalq-prezident birliyini daha da möhkəmləndirib. Fransanın “Opinon Way” şirkətinin apardığı ictimai rəy sorğusuna görə respondentlərin 85,1 faizinin Prezidentin son bir illik fəaliyyətindən razı qalması bugünkü Azərbaycanın reallığıdır. İlham Əliyev xalq tərəfindən böyük sevgi və rəğbət qazanmış çox az dövlət başçılarındandır”, - deyə Milli Məclisin deputatı bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO