İQTİSADİYYAT


Dövlətin maliyyə dəstəyi mexanizmlərinin Naxçıvanda tətbiqinin genişləndirilməsi müzakirə olunub

Dövlətin maliyyə dəstəyi mexanizmlərinin Naxçıvanda tətbiqinin genişləndirilməsi müzakirə olunub

Bakı, 17 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Fonddan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə görüşdə Naxçıvanda sahibkarların maliyyələşdirilməsi ilə bağlı əsas investisiya istiqamətləri, həmçinin dövlətin maliyyə dəstəyi mexanizmlərinin muxtar respublikada tətbiqinin genişləndirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə SİF ilə koordinasiyalı fəaliyyət, güzəştli maliyyə mexanizmlərinin tətbiqinə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi və s. məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sahibkarlarla görüşdə Fondun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri barədə məlumat verilib, sahibkarların maliyyə resurslarına çıxış imkanlarıvə s. barədə müzakirə aparılıb, təkliflər səsləndirilib. Fondun nümayəndələri Naxçıvanda fəaliyyət göstərən bankların təmsilçiləri ilə görüşdə kreditləşmə ilə bağlı mövcud vəziyyət barədə məlumatlanıblar.

Səfər çərçivəsində Muxtar Respublikanın Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən yararlanmış müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.