Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edim.

Cənab Prezident, bu hadisə Sizin ardıcıl surətdə yürütdüyünüz müdrik siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, Azərbaycan Respublikasının ədalətə, beynəlxalq normalara və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini möhkəmlətməyə imkan verib.

Şəksizdir ki, bu qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcək.

Bu tarixi məqamda dahi Heydər Əliyevi xatırlamaya bilmərəm. Azərbaycan xalqı və biz hamımız onun xatirəsini daim əziz tuturuq.

Hörmətli cənab Prezident və Ali Baş Komandan, bu tarixi dövrdə Siz tarixə düşdünüz və Sizin ətrafınızda sıx birləşmiş Azərbaycan xalqı üçün həqiqətən böyük qəhrəman oldunuz!

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə, sevimli Azərbaycana və onun gözəl, mərd xalqına bir daha səmimi-qəlbdən cansağlığı, firavanlıq, aydın və dinc səma arzu edim!

Dərin hörmətlə, həmişə Sizinlə və Azərbaycan xalqı ilə olan

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Şurasının prezidenti,

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin