İQTİSADİYYAT


Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Bakı, 25 iyun, AZƏRTAC

Mayın sonunda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 118 min ədəd artaraq 12 milyon 19 min ədəd təşkil edib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,4 faiz, kredit kartları üzrə 29,2 faiz olub. Ötən ilin müvafiq dövrünə nisbətən əməkhaqqı kartlarının sayı 54 min, kredit kartları 345 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.