İQTİSADİYYAT


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Bakı, 24 may, AZƏRTAC

Bank və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465 min ədəd təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.1 faiz, kredit kartları üzrə 27.2 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 milyon ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.