SİYASƏT


Döyüş meydanında qazandığımız qələbələr xalqın öz liderinə olan inamının nəticəsidir

Bakı, 20 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

İyirmi yeddi ildən sonra Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır. Bu, hər birimizi qürurlandırır. Azərbaycan Ordusu öz tarixi torpaqlarını işğaldan azad edir. Biz döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazimizdə aparırıq. Qələbə bizimlədir!

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bizim döyüş meydanında qazandığımız qələbələr bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı və prinsipial mövqeyimizi qətiyyətlə qoruyan Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyətinin, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalqın ona inamının nəticəsidir. Azərbaycan xalqı hər bir zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Ali Baş Komandanın hər sözünün arxasında oldu. İnsanlarımız Prezidentə inanaraq həmişəki kimi onun arxasında durdu. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev nəyi nə zaman necə etməyi bilir və bütün addımları ən xırda detalınadək hesablayır. Dövlətimizin başçısı həm danışıqlar masasında, həm də hərb meydanında öz sözünü dedi və qətiyyətli mövqe nümayiş etdirdi.

Deputat vurğulayıb ki, 30 ilə yaxındır davam edən status-kvonu bu gün biz dəyişdirdik. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını da Azərbaycan özü təmin edir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.