İDMAN


Döyüş növləri üzrə dünya çempionatının sanda yarışlarında ölkəmizi Fətəli İsmayılov təmsil edəcək

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı başlayacaq.

Azərbaycan Uşu-sanda Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında uşu-sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edəcək.

Təmsilçimiz uşu-sanda üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi üçqat Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminovun rəhbərliyi altında yarışa qatılacaq.

Qeyd edək ki, çempionata oktyabrın 29-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.