CƏMİYYƏT
Draqana Koiç: BQXK itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Gəlin bu gün və hər gün Azərbaycanda, eləcə də dünyanın digər yerlərində əzizlərinin taleyi barədə xəbərsiz olan minlərlə insanın iztirablarını xatırlayaq. Həmçinin unutmayaq ki, onların taleyinin aydınlaşdırılması hakimiyyət orqanlarının məsuliyyət dairəsinə aid olmaqla, ilk növbədə və ən vacibi humanitar fəaliyyətdir, həmişə belə olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikriləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç söyləyib.
Bildirib ki, təmsil etdiyi təşkilat itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir.
BQXK öz növbəsində neytrallıq və qərəzsizlik prinsiplərinə sadiq qalaraq itkin düşmüş şəxslərin identifikasiyası prosesində aidiyyəti hakimiyyət orqanlarına dəstək göstərməyə davam etmək öhdəliyini bir daha ifadə edir.