DÜNYA


Drezdendə muzeydən 113 milyon avro dəyərində zinət əşyaları oğurlayan şəxslər məhkəmə qarşısına çıxarılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Almaniyanın Drezden şəhərindəki “Yaşıl Qübbə” (Grünes Gewölbe) muzeyindən 18-ci əsrə aid çox qiymətli daş-qaş oğurlayan altı nəfər məhkəmə qarşısına çıxarılıb.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, 2019-cu ilin noyabrında baş vermiş soyğun zamanı dəyəri 113 milyon avrodan artıq olan 4300-dən çox daş-qaş oğurlanıb.

Yaşları 22 ilə 28 arasında olan altı müttəhim cümə günü Almaniyanın şərqində yerləşən şəhərin regional məhkəməsi qarşısına çıxıb. Onların hər birini on ilə qədər həbs gözləyir. Məhkəmə zamanı prokurorlar açılış bəyanatlarında şübhəlilərin “Remmo klanı” kimi tanınan mütəşəkkil cinayət ailəsinin üzvləri olduğunu bildiriblər.

Qeyd edək ki, Drezdendəki məhkəmə prosesinin oktyabr ayına qədər davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.