SİYASƏT


Drezdendə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçiriləcəkdir

Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 11-də Almaniyanın Drezden şəhərində Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, “Alm.az” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə qurumun rəhbəri Ağahüseyn Babayev ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətləri barədə məlumat verəcəkdir. Sonra tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən sənədli film nümayiş etdiriləcəkdir.

Anma mərasimində soydaşlarımızla yanaşı, Drezden şəhər rəsmilərinin və alman, türk, rus, yəhudi icmalarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.