DÜNYA


Dronlar yük maşınlarını əvəz edəcək

Bakı, 6 iyul, AZƏRTAC

Dünyada ildən-ilə maraqlı “ağıllı” qurğuların sayı artmaqdadır və robot texnikasının inkişafı ilə robotların daha da müasirləşməsi prosesi gedir.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, isveçli mühəndislər artıq 2020-ci ilə sürücüsüz və operatorsuz işləyən yük avtomobillərinin istehsalını planlaşdırırlar.

Layihəyə görə, avtomatlaşdırılmış “T-pod” avtomobilləri telemetrik ötürücülər, çoxsaylı kamera izləyiciləri və avtomatlaşdırılmış proqramı olan kompüter vasitəsilə işləyəcək.

Həmçinin 18 ton yükdaşıma qabiliyyətinə malik avtomobillər xüsusi akkumulyatorla qidalanaraq, 200 kilometrədək məsafə qət edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.