DÜNYA
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Pilotsuz uçan aparatların Saudi Aramco şirkətinin neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. OPEC-in məlumatına görə, 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barrel neft istehsal edirdi.
AZƏRTAC xəbər verir ki, Saudi Aramco hücuma məruz qalmış müəssisələrdə yanğınların lokallaşdırıldığını təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpa olunması istiqamətində iş aparılır.
Şənbə gününə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş verib. Yəmənin üsyançı-husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]